Bu ilin I rübündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1 036 müraciət üzrə 19,6 milyon manat güzəştli kredit verib.
Bunun 19,5 milyon manatı texnika və avadanlıq təyinatlı, 0,1 milyon manatı isə digər təyinatlı kreditlər olub.
Bundan başqa, yanvar-mart aylarında agentlik 2 480 texnika və avadanlığın güzəştli satışına 25,5 milyon manat, 456 baş damazlıq iribuynuzlu heyvanın güzəştli satışına isə 1,8 milyon manat vəsait ayırıb.