Aqrar Kredit və İnkişaf Agentliyi “Premier Kredit BOKT”u kreditə görə məhkəməyə verib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Premier Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

Aqrar Kredit və İnkişaf Agentliyi ilə “Premier Kredit BOKT” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələrdir.

Xatırladaq ki, “Premier Kredit” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçiləri Şəhla Mehdiyeva (34%), Validə Əzizova (33%) və İlahə Baxşəliyevadır (33%).

Son xəbərlər
Digər xəbərlər