33 C
Baku
Monday, July 21, 2025

Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verildi

2020-ci ildən Fermerlərə subsidiyaların verilməsini, habelə Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin  bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçiriləcəkdir.

Bu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nda bildirilir.

Qaydalarda qeyd edilib ki, Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verir. 

©Marja

Son xəbərlər
Digər xəbərlər