26 C
Baku
Saturday, July 27, 2024

Aqrar “laboratoriyaya” əlavə kapital yatırılıb

Aqrar şirkət nizamnamə kapitalını artırıb.

Banker.az xəbər verir ki, “Grand-Agro Invitro” MMC 0.59 mln. manat, yəni, 3.5 faiz artırıb.

Beləliklə aqrar şirkətin nizamnamə kapitalı 17.29 mln. manata qaldırılıb.

“Grand-Agro Invitro” 2017-ci ilin avqustunda yaradılıb. Şirkətə hazırda Məcnun Məmmədov rəhbərlik edir, hansı ki, Azərbaycanda ən böyük aqrar şirkət olan “Agrar Food İnvestment” MMC-nin də rəhbəridir.

“Grand-Agro İnvitro” Azərbaycanın klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması üzrə fəaliyyət göstərən şirkətidir. Aqrar şirkət bitki toxuması laboratoriyası və xüsusi uyğunlaşdırma göstəricilərinə malik istixana kompleksindən ibarət olub, yerli və beynəlxalq səviyyədə meyvəçilik və tingçilik sektorunda fəaliyyət göstərən müəssisə və institutlarla əməkdaşlıq edir. İstixana sahəsi – 2 160 m2 şüşə örtüklü tam nəzarət edilən avtomatik istixanadan və 20 000 m2 polietilen aklimatizasiya istixanalarından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər