“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi”nə start verildi

“Kənd təsərrüfatı həm Avropa İttifaqı, həm də Azərbaycan üçün prioritet sahələrdən biridir”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təmsil etdiyi qurumun maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə icra etdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin açılış mərasimində deyib.

“Aİ bu layihədə sadəcə donor qismində çıxış etmir, biz həmçinin 27 ölkənin aqrar təcrübəsini Azərbaycanla bölüşəcəyik. Layihə 2 il davam edəcək. Azərbaycan fermerləri ən yaxşı texnologiyalardan istifadə etməyə və məlumatlara çıxış əldə etməyə layiqdirlər. Ümid edirik ki, layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artacaq, məhsulların keyfiyyəti yüksələcək. Ümumilikdə, layihə ölkənin bütün regionlarının inkişafına dəstək verəcək və ümidvaram ki, yaxın gələcəkdə Azərbaycan regionları daha da inkişaf edəcək”, – deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Aİ-nın büdcəsinin 1/3 hissəsi kənd təsərrüfatı siyasətinə yönəlib: “Biz kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqinə investisiyalar qoyuruq. Aqrar sahədə təhsil də mühüm rol oynayır.

Azərbaycan hökuməti fermerlərə subsidiya ayırmalaq onlara dəstək verir. Aİ-da da fermerlərə subsidiyalar ödənilir. Amma bunun əvəzində istəyirik ki, fermelər standartlara uyğun və keyfiyyətli məhsullarla bazara çıxsınlar. Bu həm də onun üçün vacibdir ki, yeni Avropa Komissiyası formalaşıb. Bir nömrəli prioritet hazırda “Yaşıl saziş”dir. Bu saziş gələcəkdə necə bir dünyada yaşamağımız və gələcək nəsillərə necə bir ətraf mühit qoymağımız baxımından vacibdir. Məqsəd ekologiyanın dayanıqlı olmasıdır”.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları