Aqrar sahədə güzəştli mikrokreditlər: Fərmanda dəyişiklik nə bildirir?

Azərbaycanda artıq bildiyimiz kimi kənd təsərrüfatının güzəştli şərtlərlə kreditləşməsi üçün dövlət agentliyi AKİA – Aqrar Kreditlər və İnkişafı Agentliyi fəaliyyət göstərir.

8 aprel 2020-ci il tarixdə Prezident, mikro və kiçik ölçülü aqrar kreditlərin agentlik tərəfindən təmin edilməsində olan şərtlərdə bir sıra dəyişiklərlə bağlı fərman imzalayıb. Həmin fərmanda hansı dəyişiklikləri bir qədər açıqlamalarla şərh edəcəyik. Yeni dəyişiklikdən anlaşılır ki, əsas məsələ mikrokreditlər üzrə məbləğ, faiz və risk dərəcələrinin yenidən qiymətləndirilməsidir.

Söhbət, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Prezidentin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanındakı dəyişiklikdən gedir.

Kredit həddi

Dövlət agentliyi tərəfindən təmin edilən güzəştli aqrar kreditlər bu günə qədər bu həddə bölünürdü:

5 000 manatadək – mikrokreditlər;

5 001 manatdan 30 000 manatadək – kiçikhəcmli kreditlər;

Yeni dəyişikliyə əsasən,

15 000 manatadək – mikrokreditlər
15 001 manatdan 30 000 manatadək kiçik ölçülü kreditlər sayılacaq.

Krediti müddəti

Bu günı qədər, mikrokreditlər üçün – 2 ilədək; kiçikhəcmli kreditlər üçün – 3 ilədək kreditin verilməsi nəzərdə tutulurdu.

Yeni dəyişiklikdə isə mikrokreditlərin müddəti 3 ilədək uzadılır.

Faiz dərəcələrinin diferensiallaşması

Kreditləşmənin digər vacib məqamı faiz dərəcəsidir. Bu kreditlərdə bu günə qədər təklif edilən mikrokreditlər üçün faiz məsələsində fərqli şərtlər tətbiq eiləcək. Belə ki, yeni dəyişikliyə əsasən bu günə qədər hər hansı bir həddə – mikro, kiçik, orta, iri həcmli və istehsal sahələrinə kreditlər müvəkkil kredit təşkilatlarına ( bank, BOKT)  2% dərəcəsi ilə verilərək, onlar tərəfindən aqrar subyektə maksimum 7% ( SİF-in verdiyi kreditlər kimi) təklif edilirdi.

Fərmanın 5.7-ci bəndində olan yeni dəyişikliyə əsasən, AKİA bu qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2%, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə veriləcək.

Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (AKİA-nın tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12%, digər güzəştli kreditlər üçün isə 7%-dən artıq olmamalıdır.

Mikrokreditlər üzrə təminatın verilməsi

AKİA tərəfindən müvəkkil kredit təşkilatlarına illik 2,5 faiz tətbiq edilməklə verilmiş mikrokreditlər üzrə təminatın məbləği aşağıdakı qaydada hesablanır:

  1. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faizədək hissəsini təşkil etdikdə:

TM = QİK – (QM x 6%), burada:

TM – təminatın məbləği;

QİK – təminatlı mikrokreditlər üzrə əsas borc ödənişlərinin 90 (doxsan) təqvim günündən çox gecikdirilən hissəsi (məbləği);

QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel);

  1. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faiz və daha çox hissəsini təşkil etdikdə:

TM = QM x 6%, burada:

TM – təminatın məbləği;

QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel).

  1. Müvəkkil kredit təşkilatı təminatlı mikrokreditlər üzrə qeyri-işlək kreditin məbləğini təsdiq edən sənədləri Agentliyə təqdim etdiyi gündən 10 (on) bank günü ərzində Agentlik bu Qaydanın 5-1.1-ci bəndi ilə müəyyən edilmiş qaydada hesablanan vəsaiti müvəkkil kredit təşkilatına geri ödəyir.
  1. Agentlik tərəfindən ödəniş edildikdən sonra borcalan qeyri-işlək kredit portfelinə daxil olan borc öhdəlikləri üzrə ödəniş etdikdə, müvəkkil kredit təşkilatı həmin vəsaitin Agentliyin riskinə aid olan hissəsini proporsional qaydada (Agentliyin mikrokredit zəmanəti üzrə itkiləri bərpa edilənədək) ödəniş edildiyi gündən 10 (on) bank günü ərzində Agentliyə geri qaytarır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları