Bu ilin yanvar-fevral ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 1172 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 629 fiziki və hüquqi şəxsə 13,5 milyon manat məbləğində güzəştli kredit verilib ki, bunun 10,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,5 milyon manatı isə mikrokreditlərdir.
Cari ilin ilk rübündə AKİA tərəfindən 938 baş damazlıq heyvanın (62 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 570,7 min manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 16,8 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.