27 C
Baku
Monday, September 8, 2025

Aqrar sektordakı fərdi sahibkarlar ötən il 10.5 mln. manat mənfəət əldə edib

2024-cü ildə Azərbaycandakı kənd təsərrüfatı üzrə ixtisaslaşan fərdi sahibkarlar 10 milyon 490 min manatlıq mənfəət əldə edib ki, bu da 2023-cü illə müqayisədə 7,3% artım deməkdir. Beləliklə, son dörd ilin ən yüksək nəticəsi qeydə alınıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ümumi mənfəət üzrə də analoji dinamika müşahidə olunur. 2023-cü ildə 9 milyon 44 min manat olan bu göstərici 2024-cü ildə 10 milyon 54 min manata çataraq 11,2% yüksəlib.

Satışdan əldə edilən gəlir son illərin ən diqqətçəkən göstəricilərindən biridir. 2023-cü ildə 33 milyon 992 min manat olan satış həcmi 2024-cü ildə 37 milyon 924 min manata yüksələrək 11,6% artım nümayiş etdirib. Bu isə 2021-ci illə müqayisədə təxminən 30%-lik ümumi artımdır.

Fərdi sahibkarlar heyvandarlıq mənfəətində isə artım templəri daha zəifdir. 2023-cü ildə 2 milyon 314 min manat olan göstərici 2024-cü ildə cəmi 1,2% artaraq 2 milyon 341 min manata çatıb. Bu sahədə ardıcıl yüksəliş olsa da, sürət ümumi sektor göstəricilərindən geri qalır.

Məşğulluq göstəricilərində isə fərqli mənzərə müşahidə edilir. 2023-cü ildə 3353 nəfər məşğul olduğu halda, 2024-cü ildə bu rəqəm 3121 nəfərə enib, yəni 6,9% azalma qeydə alınıb. Ən yüksək məşğulluq 2022-ci ildə 3509 nəfərlə təmin olunmuşdu.

20250913 EPC348

Son xəbərlər
Digər xəbərlər