5 C
Baku
Thursday, February 22, 2024

Aqrar Sığorta Fondu 458 milyon manatlıq sığorta təminatı verib

Aqrar Sığorta Fondu ilin ilk 6 ayı ərzində 326 min hektar əkin sahəsini sığortalayıb

Banker.az xəbər verir ki, əkin sahələri üzrə fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib

Cari ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fondu tərəfindən 326 min hektar əkin sahəsinin sığortalanması üzrə müqavilələr imzalanıb. 

Ən çox sığortalanan sahələr buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik əkinləri, üzümlüklər və meyvə bağlarıdır.  

Hesabat dövründə əkin sahələrinin sığortası üzrə 11 milyon manat həcmində sığorta haqqı ödənilib. 

Qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. Buna uyğun olaraq  əkin sahələri üzrə sığorta haqlarının 5,5 milyon manatı fermerlər tərəfindən, digər 5,5 milyon manatı isə fermerlərə  dəstək üçün dövlət tərəfindən ödənilib. 

2023-cü ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 4506 kənd təsərrüfatı heyvanı sığortalanıb. 

Sığortalanan heyvanlardan 4010-u iribuynuzlu (inək və camışlar) və 496-sı isə xırdabuynuzlu (qoyunlar) heyvanlardır. Heyvan sığortaları üzrə verilmiş sığorta təminatı 20,6 milyon manat təşkil edir. 

Hesabat dövründə heyvandarlıq sığortası üzrə 2,154 mln. manat sığorta haqqı toplanıb. Bu vəsaitin yarısı, yəni 1 milyon 77 min manatı fermerlər tərəfindən, digər yarısı isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilib. 

Son xəbərlər
Digər xəbərlər