12 C
Baku
Saturday, November 23, 2024

Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara 1 milyon manatdan çox ödəniş edib

Bu ilin I yarısında Aqrar Sığorta Fondu (ASF) fermer və təsərrüfatlara ümumilikdə 1 174,7 min manat ödəniş edib.

Banker.az Fonda istinadən xəbər verir ki, bunun 742,3 min manatı bitkiçilik, 432,4 min manatı isə heyvandarlıq üzrə həyata keçirilib.

Yanvar-iyun aylarında bitkiçilik üzrə 250-yə yaxın sahibkar və təsərrüfat sığorta ödənişi alıb. Ən çox ödəniş pambıqçılıq sahəsi üzrə olub – 100 fermer və təsərrüfata 372 min manat ödəniş edilib. Arpa əkinləri üzrə 85 fermerə 190,7 min manat, buğda əkinləri üzrə isə 35 fermerə 158,2 min manat ödəniş həyata keçirilib.

Hesabat dövründə heyvandarlıq üzrə isə 24 fermer və təsərrüfat sığorta ödənişi alıb.

Aqrar sığorta 41 bitki üzrə 29 riskə təminat verir. Bura təbiət hadisələri – fırtına, qasırğa, sel, subasma, daşqın, eləcə də III şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan amilindən asılı olmayan müxtəlif hadisələr aiddir.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-ni dövlət ödəyir.

Son xəbərlər
Digər xəbərlər