13 C
Baku
Friday, November 22, 2024

Aqrar Sığorta Fondu taxıl əkən fermerlərə müraciət edib

Azərbaycanda 10 hektar və daha çox sahədə payızlıq taxıl əkən fermerlər subsidiya almaq üçün öz sahələrini mütləq qaydada sığortalamalıdır.

Banker.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun kənd təsərrüfatı istehsalçılarına müraciətində bildirilir.

Qurum bəyan edib ki, fermerlər əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) bəyan etdikdən sonra aqrar sığorta üçün müraciət etməlidirlər. Bu barədə onların EKTİS-də qeydiyyata düşən əlaqə nömrəsinə Fond SMS göndərir.

Fermerlər istənilən vaxt telefonla 1651 qısa nömrəsinə zəng edib, elektron müqavilə bağlaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər