13 C
Baku
Saturday, November 23, 2024

Aqrar Sığorta Fondunun Goranboy və Şəmkir filialları fəaliyyətə başlayıb

Dekabrın 15-də Goranboy və Şəmkir rayonlarında Aqrar Sığorta Fondunun yeni filialları fəaliyyətə başlayıb. 

Aqrar Sığorta Fondundan Banker.az-a verilən məlumata əsasən, yeni filiallarda fermerlər aqrar sığorta barədə məlumat ala, əkin və təsərrüfatları sığortalaya, müxtəlif sənədləşdirmə işlərini həyata keçirə, sığorta hadisələri barədə məlumat verə bilərlər. 

Qeyd edək ki, Goranboy və Şəmkir fililallarının fəaliyyətə  başlaması ilə Aqrar Sığorta Fondunun filialarının sayı 6-ya çatıb. İndiyədək fondun Quba, Cəlilabad, Göyçay və Şəki filialları fəaliyyət göstərirlər.

Son xəbərlər
Digər xəbərlər