Aqrar Sığorta Fondunun nizamnamə kapitalı artırılıb.
Bu, Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”nə edilən dəyişiklikdə yer alıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”nin 8.1-ci bəndində “1000000 (bir milyon)” sözləri “9000000 (doqquz milyon)” sözləri ilə əvəz edilib.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” ölkə Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 1.9.1.4-cü yarımbəndində “Maliyyə Nazirliyi (kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması, habelə Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşdırılması)” üzrə nəzərdə tutulmuş vəsaitdən 2.300.000,0 (iki milyon üç yüz min) manat məbləğində vəsaitin 10 gün müddətində Fondun təqdim etdiyi bank hesabına ödənilməsini, 2021-ci ilin dövlət büdcəsi layihəsində nizamnamə kapitalının ödənilməsi məqsədilə 1.700.000,0 (bir milyon yeddi yüz min) manat məbləğində vəsait nəzərdə tutulmasını, Fondun xeyrinə 5 il müddətinə 4.000.000,0 (dörd milyon) manat məbləğində sadə faizsiz şərtli veksel verilməsini təmin etməli, Fondun likvidlik riski olduqda, Fondun Himayəçilik Şurasının Qərarı əsasında veksel üzrə müvafiq həcmdə ödənişi həyata keçirməlidir.