Aqrar Sığorta Fondunun nümayəndələri – Türkiyədə səfərdə olub

Azərbaycan Respublikası Aqrar Sığorta Fondunun (ASF) nümayəndə heyəti aqrar sığorta sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində səfərdə olublar.

Fonddan verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı Sığortaları sistemi – TARSİM-də, eləcə də «TürkRe» dövlət təkrar sığorta qurumu və başqa təşkilatlarda görüşlər keçirib.

Görüşlərdə aqrar sığorta sahəsində təcrübə mübadiləsi, təkrar sığorta risklərinin ötürülməsi ilə bağlı tariflər və digər məsələlər müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq Türkiyənin «Türk Re» dövlət şirkətinin Azərbaycanda aqrar sığorta risklərinin yerləşdirilməsi üzrə müqavilədə iştirak etməsi ilə bağlı razılıq əldə edilib.
Xatırladaq ki, Azərbaycanca kənd təsərrüfatı risklərini dövlətin dəstəyi ilə güzəştli şərtlərlə sığortalamağa imkan verən aqrar sığorta sistemi Türkiyənin dəstəyi və TARSİM sisteminin uğurlu təcrübəsindən istifadə edilməklə yaradılıb və noyabrın ayının əvvəlindən fəaliyyətə başlayıb.

İlk aqrar sığorta müqaviləsi noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin və TARSİM təşkilatının rəhbərliyinin iştirakı ilə imzalanıb.
TARSİM-in və Türkiyəli mütəxəssislərin Azərbaycanın aqrar sığorta sisteminə dəstəyi hazırda da davam edir.

Yeni sistem vasitəsilə Azərbaycanda kənd təsərrüfatı heyvanları, əkin sahələri və bitkiçilik məhsullarını, eləcə də akvakultura məhsullarını (balıqları) sığortalamaq mümkündür.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.