9 C
Baku
Friday, December 13, 2024

“Aqrar sığorta haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

Sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:

1. Təbiət hadisələri, o cümlədən təbii fəlakətlər;

2. Yanğın;

3. Qəzalar;

4. Yoluxucu xəstəliklər və zəhərlənmələr;

5. Vəhşi heyvanları hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;

6. Üçüncü şəxslərin hərəkətləri.

©Report

Son xəbərlər
Digər xəbərlər