-3 C
Baku
Sunday, December 15, 2024

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin rəhbərliyi açıqlandı – SİYAHI

Azərbaycanda 31 avqustda yaradılan “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi açıqlanıb.

Banker.az xəbər verir ki, aqrar sığorta şirkətinin Direktorlar Şurasına Hüseynli Vüqar Sabir oğlu; Sadıqov Fuad Həşim oğlu; Hidayətov Fərid Əlihüseyn oğlu; Abbaszadə Eldar Rafail oğlu; Nəsirli Anar Cavanşir Oğlu və Səfərov Pərviz Mirrasim oğlunun adları daxil edilib.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin İdarə Heyəti Sədri Kərimov Azər Əvəz oğludur.

Məlumata görə, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə fondu 2 187.5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312.5 min manat nəzərdə tutulub.

Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

Son xəbərlər
Digər xəbərlər