7 C
Baku
Thursday, December 12, 2024

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin səhmdarları toplaşacaq

Noyabrın 18-də, saat 10:00-da “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanında (“Nobel Plaza”, 4-cü mərtəbə) yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının əsasnamələrinin təsdiq edilməsi və cari məsələlər daxildir.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” bu ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərəcək.

Son xəbərlər
Digər xəbərlər