6 C
Baku
Sunday, December 15, 2024

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb

Azərbaycanda aqrar sığorta üzrə fəaliyyət göstərən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, Əliyev Elvin Mir İsmayıl oğlu sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb. Onun yerinə səhmdarların qərarı ilə Abbasova Elnarə Elxan qızı İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edicisi seçilib.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

Son xəbərlər
Digər xəbərlər