“Aqrar Sığorta” ASC-nin Müşahidə Şurasına sədr təyin edilib.
Banker.az-ın xəbərinə görə, bu İlkin Zeynalov İlqar oğludur.
Müşahidə Şurasının digər üzvü Səbinə Xanbabayeva Murad qızı isə strukturu tərk edib.
Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.