9 C
Baku
Friday, November 29, 2024

“Aqrar Sığorta”nın yığımları ₼2.3 milyon azalıb

“Aqrar Sığorta” şirkəti 2024-cü ilin yanvar-oktyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-oktyabr ayında 12,449 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 2.332 mln. manat və ya 16% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 14.781 mln. manat təşkil etmişdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər