8 C
Baku
Wednesday, October 30, 2024

“Aqrar Sığorta”nın yığımları 2 milyon manat azalıb

“Aqrar Sığorta” şirkəti 2024-cü ilin yanvar-iyun ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-iyun ayında 11,184 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 1.970 mln. manat və ya 15% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 13,154 mln. manat təşkil etmişdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər