8 C
Baku
Monday, November 18, 2024

Aqrar şirkət “Azəriqaz”ı məhkəməyə verib

Azərbaycanda kənd təsərrüfatı üzrə fəaliyyət göstərən, əsasən də istixanalarda tərəvəzçiliklə məşğul olan “AS Aqro CO” MMC dövlət şirkətini məhkəməyə verib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, “AS Aqro CO” “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyətində hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmır.

Qeyd edək ki, dövlət şirkəti 2020-ci ildə “AS Aqro CO”nu məhkəməyə vermişdi. Həmin məhkəmə işində iddia edilir di ki, yandırdığı 100 min manat dəyərində pulunun geri qaytarmır.

“AS Agro” 2016-cı ildə “AS Group Investment” şirkəti tərəfindən yaradılıb. Baxmayaraq ki nizamnamə kapitalı formal olaraq 100 manat göstərilən bu şirkətin istixana, logistika, soyuducu anbar, aqrar məsləhətçi kimi xidmətlərə sahibdir.

Son xəbərlər
Digər xəbərlər