23 C
Baku
Thursday, September 4, 2025

Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb

Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2026-cı il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a bildirilib ki, 2026-cı ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən edilib:

Bitki növləri

Əkin əmsalı Əkin subsidiyası (manat/ha)
Çəltik:    
əsas əkinlər 1,9 380
təkrar əkinlər 0,6 120
Qarğıdalı:    
əsas əkinlər    
İşğaldan azad edilmiş ərazilər üzrə    
 müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,35 270
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,25 50
Digər ərazilər üzrə    
 müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,8 160
  müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,5 100
təkrar əkinlər 0,25 50
Darı:    
əsas əkinlər    
 müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,45 290
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,15 230
təkrar əkinlər 0,6 120
Sorqo:    
əsas əkinlər    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,1 220
 müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,8 160
təkrar əkinlər 0,6 120
Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.):    
İşğaldan azad edilmiş ərazilər üzrə    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 2 400
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,5 100
Digər ərazilər üzrə    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,45 290
müasir suvarma sistemləri ilə təmin olunmamış suvarılan əkin sahələri 1,15 230
dəmyə əkin sahələri 1 200
Yer fındığı:    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,4 280
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,1 220
Zəfəran 2,2 440
Günəbaxan:    
əsas əkinlər    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,9 180
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,6 120
təkrar əkinlər 0,6 120
Kartof:    
əsas əkinlər    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,8 360
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,5 300
təkrar əkinlər 0,6 120
Tərəvəz:    
əsas əkinlər    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,55 310
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,25 250
təkrar əkinlər 0,6 120
Bostan bitkiləri:    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,4 280
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1,1 220
Yonca:    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,8 160
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,5 100
Digər bitkilər (pambıq, tütün, şəkər çuğunduru və soya istisna olmaqla):    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,95 190
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,65 130
Üzüm:    
İşğaldan azad edilmiş ərazilər üzrə:    
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan super-intensiv texniki üzüm bağları 82,5 16500
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan super-intensiv süfrə üzümü bağları 55 11000
Naxçıvan Muxtar Respublikası üzrə:    
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan super-intensiv üzüm bağları 73,5 14700
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan intensiv üzüm bağları 62,5 12500
Kiçik şərabçılıq təsərrüfatçılığı üçün 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan super-intensiv texniki üzüm bağları 82,5 16500
2.14.1-2.14.3-cü yarımbəndlərində müəyyən edilmiş ərazilər istisna olmaqla digər ərazilərdə 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan intensiv üzüm bağları 40 8000
2.14.1-2.14.3-cü yarımbəndlərində müəyyən edilmiş bağlar istisna olmaqla 2021-ci il sentyabrın 1-dən salınan bağlar 3,5 700
2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,55 110
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,25 50
Çay:    
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan və müasir suvarma sistemi ilə təmin olunmuş çay plantasiyaları 60 12000
2.15.1-ci yarımbəndində müəyyən edilmiş plantasiyalar istisna olmaqla 2019-cu ildən salınan çay plantasiyaları 4 800
2019-cu ildən əvvəl salınmış çay plantasiyaları 1,25 250
Meyvə:    
İntensiv meyvə bağları:    
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək dağ və dağətəyi ərazilərdə salınan fındıq bağları 15 3000
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan nar bağları:    
İşğaldan azad edilmiş ərazilər üzrə 18,5 3700
Digər ərazilər üzrə 15 3000
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan zeytun bağları 28 5600
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan limon və kinkan bağları 58 11600
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan naringi və portağal bağları 48 9600
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan şaftalı (nektarin) və ərik bağları    
Naxçıvan Muxtar Respublikası üzrə 25 5000
Digər ərazilər üzrə 20 4000
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan püstə bağları:    
Naxçıvan Muxtar Respublikası üzrə 31,5 6300
Digər ərazilər üzrə 22,5 4500
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan armud bağları 40 8000
Naxçıvan Muxtar Respublikası üzrə 100 20000
Digər ərazilər üzrə 40 8000
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan alma bağları    
Naxçıvan Muxtar Respublikası üzrə 105 21000
Digər ərazilər üzrə 55 11000
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan gilas bağları 50 10000
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan xurma (xirnik) bağları:    
İşğaldan azad edilmiş ərazilər üzrə 19,5 3900
Naxçıvan Muxtar Respublikası üzrə 22,5 4500
Digər ərazilər üzrə 15 3000
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan badam bağları    
Naxçıvan Muxtar Respublikası üzrə 36,75 7350
Digər ərazilər üzrə 17,5 3500
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan qoz bağları    
Naxçıvan Muxtar Respublikası üzrə 21 4200
Digər ərazilər üzrə 16,5 3300
2.16.1.1-2.16.1.13-cü abzaslarda müəyyən edilmiş bağlar istisna olmaqla 2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar 4 800
2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar 0,55 110
Super-intensiv meyvə bağları:    
İşğaldan azad edilmiş ərazilər üzrə:    
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan şabalıd bağları 16,25 3250
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan gilas bağları 81,25 16250
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan şaftalı (nektarin) və ərik bağları 77,5 15500
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan qoz bağları 21 4200
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan fındıq bağları 22 4400
Naxçıvan Muxtar Respublikası üzrə:    
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan qoz bağları 28 5600
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan şaftalı (nektarin) və ərik bağları 122,5 24500
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan armud bağları 126 25200
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan alma bağları 161 32200
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan fındıq bağları 22 4400
Digər meyvə bağları:    
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan şabalıd bağları 4 800
2.16.2.1-ci abzasda müəyyən edilmiş şabalıd bağları istisna olmaqla 2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları 1,55 310
2.16.2.1-ci abzasda müəyyən edilmiş şabalıd bağları istisna olmaqla 2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmamış meyvə bağları 1,25 250
2021-ci il sentyabrın 1-dən əvvəl salınan və damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları 0,55 110
2.16.2.1-2.16.2.4-cü abzaslarda müəyyən edilmiş bağlar istisna olmaqla digər meyvə bağları 0,25 50
Giləmeyvə:    
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları 48 9600
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş moruq bağları    
İşğaldan azad edilmiş ərazilər 67,5 13500
Digər ərazilər üzrə 16 3200
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək  salınan və damcı suvarma sistemi ilə təmin olunmuş qarağat bağları 16 3200
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək  salınan və damcı suvarma sistemi ilə təmin olunmuş böyürtkən bağları 0  
İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üzrə 52 10400
Digər ərazilər üzrə 16 3200
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək  salınan və damcı suvarma sistemi ilə təmin olunmuş və dibçəklərdə əkilən qaragilə (mavigilə) bağları    
İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üzrə 125 25000
Digər ərazilər üzrə 100 20000
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək  salınan və damcı suvarma sistemi ilə təmin olunmuş və torpaqda əkilən qaragilə (mavigilə) bağları 60 12000
2.17.1-ci yarımbənddə müəyyən edilmiş kivi bağları istisna olmaqla 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları 3,3 660
2.17.1.-2.17.5-ci yarımbəndlərdə müəyyən edilmiş bağlar istisna olmaqla digər giləmeyvə sahələri:    
müasir suvarma sistemləri ilə təmin olunmuş sahələr 0,55 110
müasir suvarma sistemləri ilə təmin olunmamış sahələr 0,25 50
2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilər 5 1000

İlk dəfə olaraq dəmyə torpaqlarının dincə qoyulması üçün subsidiya verilməyə başlanılacaq. Şuranın Qərarına əsasən Şamaxı, Şəki, Qobustan və Yardımlı rayonlarında dəmyə ərazilərində son 3 ildə ardıcıl olaraq aşağıdakı bitkilər əkilib və EKTİS-də bəyan edilmiş torpaqların dincə qoyulması üçün 2026-cı ildə dincə qoyulmuş torpaq əmsalı və dincə qoyulmuş torpaq subsidiyası aşağıdakı kimi müəyyən edilib:

Son 3 ildə ardıcıl olaraq əkilmiş bitki Dincə qoyulmuş torpaq əmsalı Dincə qoyulmuş torpaq subsidiyası (manat/ha)
Buğda 1.1 220
Arpa 1.1 220
  • Sertifikatlı toxumdan istifadə təşviq ediləcək

Şuranın Qərarına əsasən, buğda üzrə cəmi əkin sahəsi 10 hektardan və ya arpa üzrə cəmi əkin sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum istifadə edilmədikdə əkin əmsalı 0-a bərabər qəbul ediləcək.

  • Böyük Qayıdış çərçivəsində məskunlaşan əhali 50 faiz artıq subsidiya əldə edəcəklər.

Şuranın Qərarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi  Qaydaları”na uyğun olaraq  işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və həmin yaşayış məntəqələrində yaşayan sakinlərə verilmiş torpaqlarda aparılan əkinlər üzrə əkin əmsalı və əkin subsidiyası bu birillik bitkilər və yonca əkinləri üzrə 50 faiz artırılmaqla tətbiq ediləcək.

 İntensiv meyvəçiliyin dəstəklənməsi ölkənin bütün ərazisini əhatə edəcək.

  • İşğaldan azad edilmiş ərazilərdə intensiv və super-intensiv bağçılıq təşviq ediləcək:

İşğaldan azad edilmiş Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan rayonlarının ərazilərində dəniz səviyyəsindən 500 metr və ya daha yuxarı ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 400 ədəd sertifikatlı tingin əkildiyi intensiv şabalıd bağlarına – 3250 manat/ha;

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində dəniz səviyyəsindən 550-1000 metr aralığındakı hündürlükdəki yerləşən ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 1600 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv gilas bağlarına – 16 min 250 manat/ha;

İşğaldan azad edilmiş Ağdam, Ağdərə, Cəbrayıl və Zəngilan Zəngilan rayonlarının ərazilərində dəniz səviyyəsindən 150-500 metr aralığındakı hündürlükdə yerləşən ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı, patent sahibinə istifadəyə görə mükafatın ödənildiyi tingin əkildiyi intensiv şaftalı (nektarin) və ərik bağlarına – 15,500 manat/ha;

İşğaldan azad edilmiş Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan Zəngilan rayonlarının ərazilərində dəniz səviyyəsindən 500-900 metr aralığındakı hündürlükdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) super-intensiv qoz bağlarına – 4200 manat/ha;

İşğaldan azad edilmiş Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan rayonlarının ərazilərində dəniz səiyyəsindən 500-900 metr aralığındakı hündürlükdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi ocağın olduğu) super-intensiv fındıq bağlarına – 4400 manat/ha əkin subsidiyası veriləcək.

  • Naxçıvan Muxtar Respublikasında super-intensiv bağçılıqla yanaşı intensiv bağçılıq da təşviq ediləcək:

Dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv qoz bağlarına – 5600 manat; hündürlük məhdudiyyəti olmadan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 250 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarına – 4200 manat subsidiya ödəniləcək.

Dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş super-intensiv şaftalı (nektarin) bağlarına – 24 min 500 manat; 1500 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından ən azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı (nektarin) və ərik bağlarına – 5000 manat  subsidiya ödəniləcək.

Dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2770 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv armud bağlarına – 25 min 200 manat; 300 metrdən hündür ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv armud bağlarına – 20 min manat subsidiya ödəniləcək.

Dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv alma bağlarına –  32 min 200 manat; bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi  intensiv alma bağlarına 21 min manat subsidiya ödəniləcək.

Dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) super-intensiv fındıq bağlarına – 4400 manat, bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 330 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarına – 3000 manat subsidiya ödəniləcək.

Muxtar Respublikada 800 metrdən yuxarı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan və sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 1600 ədəd tingin əkildiyi, çəyirdəksiz sortlardan və filloksera zərərvericisinə davamlı calaqaltılar istifadə olunmuş, və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış super-intensiv üzüm bağlarına – 14 min 700 manat; 1500 metrdən yuxarı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan və sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 1250 ədəd tingin əkildiyi, filloksera zərərvericisinə davamlı calaqaltılar istifadə olunmuş, və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış intensiv üzüm bağlarına – 12 min 500 manat subsidiya ödəniləcək.

  • İntensiv meyvəçiliyə və giləmeyvəçiliyə dəstək artaraq davam edir

Quba-Xaçmaz, Şəki-Zaqatala və Naxçıvan iqtisadi rayonlarında bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 330 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarına şamil edilsin, qeyd edilən tələblərə cavab verməyən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan intensiv fındıq bağlarına 3000 manat əkin subsidiyası veriləcək.

İşğaldan azad edilmiş Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının ərazilərində dəniz səviyyəsindən 150-650 metr aralığındakı hündürlükdəki yerləşən yerlərdə, habelə Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında, bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar (işğaldan azad edilmiş ərazilərdə minimum 3 hektar) olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi intensiv nar bağlarına 3000 manat (işğaldan azad edilmiş ərazilər üzrə 3700 manat) əkin subsidiyası veriləcək.

Abşeron-Xızı, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında və Bakı şəhərində dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə torpaq analiz nəticələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə ən azı 50 hektar sahədə salınan və 1 hektara minimum 1650 ədəd tingin əkildiyi intensiv zeytun bağlarına 5500 manat əkin subsidiyası ödəniləcək.

Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 80 metrdən, habelə Naxçıvan iqtisadi rayonu üzrə 1500 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından ən azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və ən azı 3 hektar sahədə salınan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi olan intensiv şaftalı (nektarin) və ərik bağlarına 4000 manat (NMR üzrə 5000 manat) əkin subsidiyası ödəniləcək.

Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında dəniz səviyyəsindən 150 metrdən, Naxçıvan iqtisadi rayonu üzrə 1000 metrdən yuxarı olmayan ərazilərdə torpaq analiz nəticələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olmayan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarına 4500 manat (NMR üzrə 6300 manat) əkin subsidiyası ödəniləcək.

Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Qarabağ və Naxçıvan iqtisadi rayonlarında dəniz səviyyəsindən 300 metrdən hündür ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv armud bağlarına 8000 manat (NMR üzrə 20 min manat) əkin subsidiyası ödəniləcək.

Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Naxçıvan iqtisadi rayonlarında və Lerik rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi  intensiv alma bağlarına 11 min manat (NMR üzrə 21 min manat) əkin subsidiyası ödəniləcək.

Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəniz səviyyəsindən 700 metrdən aşağı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 1150 ədəd sertifikatlı tingin əkildiyi intensiv gilas bağlarına şamil edilsin, qeyd edilən tələblərə cavab verməyən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan intensiv gilas bağlarına 10 min manat əkin subsidiyası ödəniləcək.

Mərkəzi Aran, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Naxçıvan iqtisadi rayonlarında, habelə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Xocalı və Zəngilan rayonları üzrə işğaldan azad edilmiş ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 1 hektar (İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üzrə ən azı 3 hektar) olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi  intensiv xurma (xirnik) bağlarına 3000 (İşğaldan azad olunan ərazilər üzrə 3900, NMR üzrə 4500) manat əkin subsidiyası ödəniləcək.

Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 200 metrdən Naxçıvan iqtisadi rayonu üzrə 1500 metrdən yuxarı olmayan ərazilərdə, bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar (Naxçıvan Muxtar Respublikası üzrə 2 hektar) olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam bağlarına 3500 manat (NMR üzrə 7350 manat) əkin subsidiyası ödəniləcək.

Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Qazax-Tovuz və Naxçıvan iqtisadi rayonlarında bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 250 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarına 3300 manat (NMR üzrə 4200 manat) əkin subsidiyası ödəniləcək.

Bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan, 1 hektara minimum 650 ədəd tingin əkildiyi kivi bağlarına şamil edilsin, 1 hektara 650 ədəddən az tingin əkildiyi kivi bağları üzrə əkin əmsalı bu Qərarın 2.17.8-ci  yarımbəndi ilə müəyyən edilən əkin əmsalına bərabər qəbul edilsin.

Bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan, 1 hektara minimum 4700 ədəd (İşğaldan azad edilmiş ərazilər üzrə 5600) tingin əkildiyi, dirək sistemi ilə salınan və damcı suvarma sisteminin tətbiq olunduğu moruq bağlarına hər hektar üçün işğaldan azad edilmiş ərazilər üzrə 13 min 500 manat, digər rayonlar üzrə isə 3200 manat əkin subsidiyası ödəniləcək.

Hər 1 hektara minimum 3300 ədəd tingin əkildiyi, dirək sistemi ilə salınan və damcı suvarma sisteminin tətbiq olunduğu qarağat bağlarına 3200 manat əkin subsidiyası ödənilməsinə davam ediləcək.

Bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan, 1 hektara minimum 3300 ədəd (işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üzrə 3700)  tingin əkildiyi dirək sistemi ilə salınan və damcı suvarma sisteminin tətbiq olunduğu böyürtkən bağlarına hər hektar üçün işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üzrə 10 min 400 manat, digər rayonlar üzrə isə 3200 manat əkin subsidiyası ödəniləcək.

Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarında bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan, 1 hektara minimum 3400 ədəd (İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üzrə 3570)  tingin dibçəklərdə torf və perlit qarışığında əkildiyi qaragilə (mavigilə) bağlarına hər hektart üçün işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikası üzrə 25 min manat, digər rayonlar üzrə 20 min manat əkin subsidiyası ödəniləcək.

Lənkəran-Astara iqtisadi rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan, 1 hektara minimum 3400 ədəd tingin torpağın turşuluq səviyyəsinin (pH) 6.5-dən yuxarı olan ərazilərdə əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş və suvarma sistemi pH nəzarəti ilə qurulmuş qaragilə (mavigilə) bağlarına 12 min manat əkin subsidiyası ödəniləcək.

Fındıq bitkisi üzrə tətbiq edilən əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Cəbrayıl, Lerik, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocalı, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir, Yardımlı və Zəngilan rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.

Limon, kinkan, naringi, portağal və kivi üzrə əkin subsidiyası Astara, Lənkəran və Masallı rayonlarına, habelə Lerik rayonunun dəniz səviyyəsindən 300 metrdən az olan ərazilərdə əkildikdə ödəniləcək.

Tarlaqoruyucu zolaqların salınması üçün istifadə edilən bitkilər üzrə əkin əmsalı 1 hektara minimum 1500 ədəd tingin əkildiyi tarlaqoruyucu zolaqlara 1000 manat subsidiya verilməyə davam edəcək.

  • İntensiv alma və şaftalı (nektarin) bağlarının salınması üçün verilən əkin subsidiyasının verilməsi 2026-cı ilin iyunun 1-dən etibarən dayandırılacaq.

Şaftalı (nektarin) və alma bağları üzrə istehsal potensialı hədəflənən həcmə yaxınlaşması nəzərə alınaraq 2026-cı ildən sonrakı dövrdə bu meyvə bağlarının yalnız işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında salınmasının dəstəklənməsi planlaşdırılır.

  • Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası siyahısı genişlənir

Qarğıdalı üzrə məhsul əmsalı qarğıdalıdan qarğıdalı yağı, nişasta, qlükoza və fruktoza istehsal edən müəssisələrlə yanaşı,  mal-qara və quş yemi istehsal edən müəssisələrlə üçün təhvil verilən qarğıdalıya şamil ediləcək.

Bundan əlavə, meyvə şirəsi (konsentrat və s.) istehsalı üçün emal müəssisələrinə təhvil verilən nar və alma üçün məhsul subsidiyası verilməsi barədə Şura tərəfindən qərar qəbul edilib.

Bitki növləri Məhsul əmsalı Məhsul subsidiyası (manat/ton)
Pambıq:    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 1,075 215
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 1 200
Tütün(yaş):    
        Virciniya sortu üzrə    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,18 36
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,17 34
         Digər sortlar üzrə    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,11 22
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,1 20
Şəkər çuğunduru:    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,095 19
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,09 18
Soya:    
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri 0,6 120
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri 0,5 100
Qarğıdalı 0,25 50
Günəbaxan 0,25 50
Buğda 0,5 100
Nar 0,375 75
Alma 0,25 50

Pambıqüzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil edilir, digər rayon və kəndlər üzrə 0-a bərabər qəbul edilir.Həmçinin, pambıqüzrə məhsul əmsalı əkin ili üzrə EKTİS-ə daxil edilmiş məlumatlar və sənədlər əsasında hesablanmış orta məhsuldarlığı 15 sent/ha və ya daha aşağı olan fermerlər, habelə bir fermer üzrə orta məhsuldarlığın 60 sent/ha-dan yuxarı olan hissəsi üçün 0-a bərabər qəbul edilir.

Tütünüzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilir.

Aqrokimyəvi analiz predmeti olan ərazilərdə aparılan əkinlərdən əldə edilmiş məhsullar üzrə məhsul subsidiyası həmin torpaqların müvafiq akkreditasiyadan keçmiş laboratoriyalarda fermerlər tərəfindən analiz etdirilməməsi halında hər ton üçün bu müəyyən edilən məhsul subsidiyası məbləğindən pambıq üzrə 10 manat (0.05 məhsul əmsalı), tütün üzrə 2 manat (0.01 məhsul əmsalı), şəkər çuğunduru üzrə 1 manat (0.005 məhsul əmsalı), soya üzrə 10 manat (0.05 məhsul əmsalı) azaldılmaqla ödənilir.

Buğda üzrə məhsul əmsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir, digər hallarda 0-a bərabər qəbul edilir.

  • Aqrar Subsidiya Şurası

2025-ci il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadəsində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər