“Aqrar tədarük və təchizat” ASC-nin nizamnamə kapitalı 6 mln. manat təşkil edəcək

0

“Aqrar tədarük və təchizat” ASC-nin nizamnamə kapitalı 6 mln. manat təşkil edəcək.

Nazirlər Kabineti “Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsini təsdiq edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Cəmiyyətin nizamnamə kapitalı nominal dəyəri 1 manat olan 6 mln. ədəd səhmdən ibarətdir. Cəmiyyətin İdarə Heyəti Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən ibarətdir. İdarə Heyətinin tərkibi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilir.

Cəmiyyət aşağıdakı vəzifələri yerinə yetirir: dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən kənd təsərrüfatı və ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil edir; kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirir; yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını, habelə yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin edir, o cümlədən bütün növ satış obyektlərini təşkil və idarə edir; kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, təchizatı, ixracı üzrə maarifləndirmə, informasiya və məsləhət xidmətləri göstərir; ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik xidmətləri göstərir; fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarının təmin edilməsi ilə bağlı tapşırıqları icra edir.

“Aqrar tədarük və təchizat” ASC prezident İlham Əliyevin 2018-ci ilin dekabr ayında imzaladığı fərmanla yaradılıb.