“Aqrar Tədarük və Təchizat”da yeni təyinat olub

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin keçmiş direktoru Rəşad Kərimova yeni vəzifə verilib.

O, nazirliyin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin Tədarük və təchizat departamentinin direktoru təyin olunub.

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ölkə prezidentinin 14 dekabr 2018-ci il tarixli fərmanı ilə, 2016-cı ildən fəaliyyət göstərən “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır. Şirkətin məqsədi kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq, kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsus rol oynamaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları