8 C
Baku
Thursday, December 12, 2024

“Aqrar Tədarük və Təchizat” BƏƏ-yə ixracı artıracaq

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC bu il Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı artıracaq.

Bu barədə qurumun İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib.

“Səhmdar cəmiyyəti əsasən körfəz ölkələrinə, o cümlədən BƏƏ-yə ixraca köklənib. Biz Dubay əmirliyində Azərbaycan məhsullarının təşviq eidlməsi istiqamətində tədbirlər təşkil etdik, bir sıra görüşlər keçirdik və nəticədə kifayət qədər meyvə-tərəvəz, o cümlədən alma sifarişləri aldıq. Hazırda elə dönəmdəyik ki, sifariş alsaq belə məhsuldarlıq aşağıdır. Lakin hesab edirəm ki, bu il ötən illə müqayisədə BƏƏ-yə daha çox ixrac həyata keçirəcəyik”, – o qeyd edib.

Bundan başqa, L.Məmmədovanın sözlərinə görə, rəhbərlik etdiyi şirkət Qətər və Omanda da təşviqat işləri aparacaq.

Xatırladaq ki, 2019-cu ildə “Aqrar Tәdarük vә Tәchizat” 218 285 ton mәhsul ixrac edib. Bunun 123 285 tonu meyvә vә gilәmeyvә, 95 tonu isə yumurta olub.

©Report

Son xəbərlər
Digər xəbərlər