“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 45.339 milyon manatdan 72.669 milyon manata qədər artırılıb.
Belə ki, BOKT-nin nizamnamə kapitalı 27.33 milyon manat artıb.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb və qanuni təmsilçisi İlham Kələşovdur. BOKT 100% dövlətə məxsusdur.