Aqrarkredit” BOKT 2026-cı il iyunun 2-də keçiriləcək hərraca balansında olan üç iri qeyri-yaşayış sahəsini (avtodayanacaqları) çıxarıb.
Banker.az xəbər verir ki, satışa Bakının Xətai rayonunda yerləşən 1.19 milyon manatlıq yeraltı dayanacaq və Xırdalanda, “Abşeron Gənclər şəhərciyi”ndə yerləşən ümumi dəyəri 1.38 milyon manat olan iki fərqli avtodayanacaq sahəsi daxildir.
Ümumi start qiyməti 2.5 milyon manatdan çox olan bu əmlaklar üçün hərrac saat 11:00-da başlayacaq.
Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.






