“Aqrarkredit” məhkəməni udub, 34,4 milyon dollar və 11,2 milyon avro almalıdır

0

“Ermitaj” dövlət muzeyinin rəsmi sahibi olan Peterburqun “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” SC (BBİŞ) Azərbaycanın “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına 34,425 milyon dollar və 11,249 milyon avro ödəməlidir.

Sankt-Peterburqun və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi müvafiq qərar qəbul edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Aqrarkredit” ilə “BBİŞ” arasında mübahisə mövzusu 2014-2016-cı illərdə rəsmiləşdirilən veksellərin ödənilməsi üzrə borc ilə əlaqədardır. Veksellər ilkin olaraq Azərbaycan Beynəlxalq Bankından alınıb, lakin sazişə əsasən borcların alınması ilə “Aqrarkredit” məşğul olur.

Arbitraj Məhkəməsinin materiallarından məlum olur ki, 2017-ci ildə “Aqrarkredit” ilə “BBİŞ” arasında dəbbə pulun ödənilməsinə dair saziş imzalanıb. Bütün məsələlər cəmi 8,6 milyon ABŞ dolları müqabilində həll olunmalı idi, lakin əgər “BBİŞ” bu məbləği 2018-ci il iyunun 1-dək ödəyəcəyi şərti ilə. Lakin, görünür, bu baş vermədiyindən, “Aqrarkredit” Arbitraj Məhkəməsinə müraciət edib.

Əvvəl Aqrarkredit” “BBİŞ”-dən 36 milyon dollar və 11 milyon avro tələb edib.

“BBİŞ”-nin iki təsisçisi var – Malik Babayev və “Stroykorporasiya Oksmi” MMC. MMC-nin yeganə təsisçisi Elşən Babayevdir.

©İnterfaks-Azərbaycan