8 C
Baku
Monday, November 18, 2024

“Aqrarkredit” tərəfindən problemli borcların müqabilində balansına verilmiş əmlaklar satışa çıxarılır

“Aqrarkredit” QSC tərəfindən problemli borcların müqabilində mülkiyyətinə (balansına) götürülmüş əmlakların satışına başlanılıb.

Banker.az xəbər verir ki, “Aqrarkredit” QSC-nin balansında, balans dəyəri 1 milyon manatadək olan əmlak və aktivlərin, habelə onlar üzrə borcların tələb hüquqlarının satılması və idarəetməyə verilməsi barədə Qaydalara uyğun olaraq İdarə Heyətinin qərarına əsasən birbaşa müsabiqə yolu ilə və hərrac vasitəsilə 164 167.77 manat dəyərində 28 daşınar əmlak və 2 280 227.62 manat dəyərində 19 daşınmaz əmlak satılmışdır.

“Aqrarkredit” QSC tərəfindən 8-i qeyri yaşayış sahələri, 2-i torpaq sahəsi və 1 ədəd fərdi yaşayış evindən ibarət olmaqla cəmi 11 əmlakın 19 706 660 manat ilkin satış qiyməti ilə hərrac vasitəsilə satışına hazırlıq görülür.

 

 

Son xəbərlər
Digər xəbərlər