2 C
Baku
Saturday, February 8, 2025

Aqressivlik irsən keçir

Aqressiya irsən keçir və bəzi genlərə təsir etmək yolu ilə ondan tamamilə azad olmaq lazımdır. Sitologiya və genetika İnstitutundan olan Novosibirsk alimləri belə bir nəticəyə gəlmişlər.

Alman alimləri ilə birgə aparılmış laboratoriya araşdırmaları nəticəsində onlar aqressiyanın təməlində hansı fizioloji mexanizmin durduğunu müəyyən edə bilmişlər. Laboratoriya siçanları timsalında alimlər bəzi preparatlar vasitəsilə heyvanlarda aqressiyanın müxtəlif növləri üzərində nəzarəti həyata keçirə bilmişlər.

Aqressiyanın simptomlarını aradan qaldırmaq məqsədilə istifadə olunan antidepressantlar insan psixikasına ağır təsir göstərir. “Aqressiyanın genlərinə” birbaşa təsir imkanlarının araşdırılması insanlara özlərini idarə edə bilmək və aqressiv xuliqanlardan müdafiə olunmağa kömək edən vasitə yaratmağa imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər