“Aqro İnvest və İstehsalat” MMC şirkətlə bağlı yazılmış xəbərlərlə bağlı rəsmi açıqlama verib

“Aqro İnvest və İstehsalat” şirkəti bildirir ki, “Banker.az”, “Xalqxeber.az”, “Day.az” və bəzi xəbər saytlarında şirkətimiz haqqında yazılar dərc edilmişdir ki, həmin yazılar bir müddət əvvəl şirkətin keçmiş işçisi Hacıyev Pərəviz Aləm oğlu tərəfindən şirkətə və şirkətə heç bir aidiyyəti olmayan şəxslər barədə dərc olunmuşdur.

Hacıyev Pərviz Aləm oğlunun qeydiyatda olduğu Quba rayon Məhkəməsinin qüvvəsini almış Qətnaməsi ilə xəbər saytlarında dərc olunmuş məlumatlar həqiqətə uyğun olmayan hesab edilmiş və “Aqro İnvest və İstehsalat” MMC- nin işgüzar nüfuzuna vurduğu ziyana görə Pərviz Hacıyev 1000 manat məbləğində cərimə edilmişdir.

Bir daha bildiririk ki, şirkətin heç bir hüquqi və fiziki şəxslər eləcə də dövlət, maliyyə və vergi orqanları barədə məhkəmələrdə heç bir məsələ mübahisələndirilməmişdir.

“Aqro İnvest və İstehsalat” MMC Azərbaycan mediasına müraciət edərək ayrı-ayrı insanların sifarişli və şər böhtanına ortaq olmamağa çağırır və bəyan edir ki, həmin yazılar yalan, sifarişli və şər-böhtan xarakterlidir və bundan məqsəd şirkətə və ayrı-ayrı insanların işgüzar nüfuzuna xələl gətirmək niyyətidir. Və bir daha bildiririk ki, bu cür sifarişli yazıların nəticəsi olmayacaq və eyni zamanda bildiririk kİ, sifarişçi barəsində məhkəmə orqanında müvafiq iddia qaldırılmışdır.

Bütün media şirkətlərinə hörmətləimizi çatdırırıq və inanırıq ki, bu cür sifarişçilərin ifşa olunmasında həmişə yaxından iştirak edəcəklər.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları