“Aqro İnvest və İstehsalat” MMC-nin təsisçisi təsisçilikdən çıxır.
Cəmiyyətin təsisçisinin təsisçilikdən çıxması ilə əlaqədar şirkətin nizamnamə kapitalı 500 min manat məbləğində azaldılaraq 500 min manat təyin ediləcəkdir. “Aqro İnvest və İstehsalat” MMC-nin kreditorları bir ay ərzində cəmiyyətə müraciət edə bilər.
Qeyd edək ki, “Aqro İnvest və İstehsalat” MMC balıq və balıq məhsullarının, vodkaların idxalı ilə məşğul olur. Həmçinin şirkət balıq məhsullarının istehsalı ilə də məşğuldur.