3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Aqro və mikro kreditlər üzrə mütəxəssis (Nərimanov filialı) – “Bank Respublika” ASC

“Bank Respublika” ASC-nin Nərimanov filialı üçün Aqro və mikro kreditlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

25 ildən çoxdur ki, Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq, ölkəmizin 18 regionunda öz müştərilərinə yüksək xidmət və faydalı bank məshullarını təqdim etməklə çalışır. Universal bir bank kimi fəaliyyətimizin hər sahəsi peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunur. Bu illər ərzində müştərilərin bizə qarşı yaranmış inamı ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə etdiyi təcrübə və uğurlarına şərik olmaq və yeni uğurlarımıza öz imzasını atmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın aqro vəmikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;
• Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı və bonus qazanma imkanları;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 mart 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqro və mikro kreditlər üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Oxşar xəbərlər