İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı müraciəti əsasında, “Aqro-Vest DC” MMC-yə məxsus müxtəlif növ qida məhsulları, fiziki şəxs Nəsirova Zərifə İmaməli qızına məxsus maya məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata görə, “Aqro-Vest DC” MMC-yə məxsus məhv edilmiş qida məhsullarının ümumi çəkisi 10120 kq təşkil edib.
Fiziki şəxsə məxsus məhv edilmiş maya məhsulu isə 11820 kq olub.