“AQRO-VEST DC” MMC 2022-ci ili 1 milyon 545 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 1 milyon 276 min manat olub ki, bu da illik müqayisədə 21% artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “AQRO-VEST DC” MMC-nin əsas fəaliyyətindən gəliri 134 milyon 385 min manat (əvvəlki il 61 milyon 477 min manat), satışın maya dəyəri isə 125 milyon 747 min manat (əvvəlki il 56 milyon 729 min manat) təşkil edib.