Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
“Aqro-Vest DC” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az xəbər verir ki, AQTA-nın məlumatına əsasən, məhv edilmiş məhsulların ümumi çəkisi 10 620 kq olub.
AQTA-dan bildirilir ki, məhv edilmiş qida məhsulları istehlaka yararsız olub və onların istifadə müddəti bitib.