İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “Aqrokimya Azərbaycan” MMC-nin direktoru Peter Simon Parr vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, “Aqrokimya Azərbaycan” MMC-yə rəhbərlik Kamran Muradova həvalə olunub.
Qeyd edək ki, Peter Simon Parr xarici ölkə vətəndaşıdır.
Xatırladaq ki, “Aqrokimya Azərbaycan” 2016-cı ildə yaradılıb. Şirkətə məxsus müəssisə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edir.