“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyət “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “Aqrolizinq” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Ələddin Məcidovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.