“Aqrolizinq” nizamnamə kapitalını artıra bilər

“Aqrolizinq”in səhmdarları nizamnamə kapitalının artımı ilə bağlı müzakirəni iyul ayına qədər təxirə salıblar

“Aqrolizinq” ASC-nin səhmdarları iyul ayında nizamnamə kapitalının artımı məsələsini müzakirə edəcəklər. Bu barədə Banker.az-a ASC-dən məlumat verilib.

“Nizamnamə kapitalının artımı məsələsini 4 iyun tarixində səhmdarların ümumi yığıncağında müzakirə etmək planlaşdırılırdı. Lakin, yığıncağın keçirilməsi tarixi iyulun 4-də keçirilib”, – ASC-dən qeyd ediblər.

Xəbər verildiyi kimi, 2017-ci ildə “Aqrolizinq” nizamnamə kapitalını 55,3% – 561 mln. 627,545 min manatadək artırıb.

“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis olunub və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.