“Aqrolizinq” şirkəti auditorunu təyin etdi

“Aqrolizinq” ASC “Himmara Audit” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2018-2019-cu illərdə maliyyə hesabatının auditi xidmətinin satınalınması nəzərdə tutulur.

Müqavilənin məbləği 35 min manatdır.