8 C
Baku
Saturday, December 3, 2022

“Aqrolizinq” kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar tikir – Layihə işləri 49 min manata başa gələcək

“Aqrolizinq” ASC tərəfindən Şirvan şəhərində kənd təsərrüfatı məhsullarının müvəqqəti saxlanma anbarı tikiləcək.

Banker.az xəbər verir ki, “Aqrolizinq” ASC ilə “Feniks-AA” MMC ilə buna görə müqavilə bağlayıb.

Müqavilədə Şirvan şəhərində kənd təsərrüfatı məhsullarının müvəqqəti saxlanma anbarının layihə-smeta sənədlərinin hazırlanması işləri nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 48 min 600 manatdır.

Bildirək ki, “Feniks-AA” MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Aydın Aydınlı İlqar oğludur.

Son xəbərlər
Digər xəbərlər
X