9 C
Baku
Monday, November 18, 2024

Aqroparkda qeydiyyata alınmaq üçün investisiyanın minimal məbləğləri təsdiq edildi – ŞƏRTLƏR

“Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi” təsdiq edilib.

Banker.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Qərara əsasən, hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün tələb olunan investisiyanın minimal həddi aşağıdakı kimi müəyyən olunur.

Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə:

– tingçilik təsərrüfatı və yem bitkiləri, birillik əkinlər, o cümlədən tərəvəzçilik təsərrüfatı üçün – hər hektara görə 5 000 (beş min) manat;

– çoxillik əkmələr (bağçılıq, o cümlədən sosial bağçılıq) üçün – hər hektara görə 8 000 (səkkiz min) manat;

– örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üçün – hər hektara görə 100 000 (yüz min) manat.

– müasir heyvandarlıq kompleksi üçün – bir baş iribuynuzlu heyvana görə 13 000 (on üç min) manat, bir baş xırdabuynuzlu heyvana görə 4 000 (dörd min) manat;

– müasir quşçuluq təsərrüfatı üçün – 5 000 000 (beş milyon) manat;

– müasir balıqyetişdirmə təsərrüfatı üçün – 10 000 000 (on milyon) manat.

Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün – dövlət aqroparkına münasibətdə 300 000 (üç yüz min) manat, özəl aqroparka münasibətdə 5 000 000 (beş milyon) manat.

Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim etdikləri investisiya layihəsi (biznes plan) üzrə aqroparkda qoyulacaq investisiyanın həcmi müvafiq istiqamətlər üzrə müəyyən edilmiş minimal həddə uyğun olmalıdır.

Son xəbərlər
Digər xəbərlər