“Aqroplanet” Neftçala Sənaye Məhəlləsində gübrələr istehsal edəcək

“Aqroplanet” MMC-yə Neftçala Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.

“Aqroplanet” Neftçala Sənaye Məhəlləsinin ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə orqanik maye gübrələr istehsal edəcək. İldə 700 ton məhsul istehsal etmək gücündə olacaq.

Müəssisədə 56 iş yeri yaradılacaq.

Neftçala Sənaye Məhəlləsi Azərbaycan prezdentinin 2 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. “Aqroplanet” Neftçala Sənaye Məhəlləsinin sayca 9-cü rezidenti oldu

2021-ci ilin əvvəlinə Neftçala Sənaye Məhəlləsinin rezidentlərinin sərmayələri 44,5 milyon manat təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.