16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“Aqroservis” 60 milyon manatdan çox zərər açıqladı

faizlere

“Aqroservis” ASC 2020-ci ili 60 milyon 985 min manat zərərlə başa vurub. 2019-cu ildə isə “Aqroservis” ASC-nin xalis zərəri 74 milyon 453 min manat olub ki, bu da ötən il zərərin 18% azalması deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2020-ci il tarixinə “Aqroservis”in ümumi gəlirləri 13 milyon 630 min manat (54% az), ümumi xərcləri isə 18 milyon 201 min manat (5.5 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Aqroservis”in aktivləri 770 milyon 772 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 3.3% çoxdur. “Aqroservis”in cəmi öhdəlikləri 4% azalaraq 391 milyon 780 min manat, cəmi kapitalı isə 12.3% artaraq 378 milyon 992 min manat təşkil edib.

Qeyd edək ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin bazasında ötən il yaradılıb. Onun nizamnamə kapitalı 411,976 milyon manatdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər