Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində yeni təyinatlar olub.
Banker.az “Qaynarinfo”a istinadən xəbər verir ki, “Azgranata” MMC-nin meneceri vəzifəsində çalışmş Rövşən Paşayev “Aqroservis” ASC-nin Təchizat və Logistika şöbəsinin müdiri, ayaqqabı fabrikində işləmiş Ramin Nəcəfov Daxili Audit şöbəsinin müdiri, maliyyəçi Eldəniz Əliyev maliyyə direktoru təyin olunublar.
Bu barədə “Aqroservis” ASC-nin sədri Mehman Veysəlov əmr imzalayıb.