“Aqroservis” ASC kənd təsərrüfatı texnikalarının və əmlakın qiymətləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub.
Banker.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, qalib şirkətə 45.4 min manat ödəniləcək.
Qeyd edək ki, “Aqroservis” ASC Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur.