“Aqroservis” ASC səhmdarlarının ümumi yığıncağı 2025-ci ilin 17 yanvar tarixində saat 15:00-da keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.
1.”Aqroservis” ASC-nin nizamnaməsində dəyişikliklərin edilməsi.
2.Digər məsələlər.
Yığıncaq Kənd Təsərrüfatı Nazirliyinin Bakı şəhəri, Xəyati rayonu, Süleyman Vəzirov küçəsi 91 üvanında yerləşən inzibati binasında keçiriləcək.
Xatırladaq ki, “Aqroservis” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 366 592 796 manatdır və qanuni təmsilçisi Mekhman Veisalovdur.
Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.