26 C
Baku
Saturday, July 27, 2024

AQTA 10 müəssisəsədə nöqsanlar aşkarladı

4 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Vaqifoğlu” market Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 İbadova Kamilə İbrahimxəlil qızına məxsus mağaza Lənkəran şəhəri, Gərmətük qəsəbəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “Xəzər” market Lənkəran rayonu, Sütəmurtov kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
4 “Mark Chill Out” restoranı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi,

ev 47C

1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
5 “Tər-Tər” kafesi Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 2593-cü məhəllə 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
6 “Xəmsə” şadlıq sarayı Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7 “Nurəddin” kafesi Şamaxı şəhəri,

Şamaxı-İsmayıllı yolu

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
8 “Xaloğlu” kafesi Şamaxı şəhəri,

Şamaxı-İsmayıllı yolu

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “Vələsli Bulaq” kafesi Şamaxı şəhəri,

Şamaxı-İsmayıllı yolu

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10 “Kral” şadlıq sarayı Ağcabədi rayonu, Aşağı Avşar kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Son xəbərlər
Digər xəbərlər