12 C
Baku
Saturday, November 23, 2024

AQTA 128 aptekdə nöqsanlar aşkar etdi – Tam Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 183-ü planlı, 6-sı isə plandankənar olub. Nəzarət tədbirləri zamanı 128 aptekdə uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, 3-də malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, 4-də isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub. Yoxlama zamanı 61 aptekin nəticəsi qənaətbəxş olub.

Həmçinin cari il ərzində bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 223 aptekdə monitorinq aparılıb. Monitorinq həyata keçirilən apteklərdən 1-də qida təhlükəsizliyi sertifikatı olmayan, 5-də Azərbaycan dilində markalanmayan, 2-də içlik vərəqində qeyd edilən saxlama müddəti ilə üzərində göstərilən saxlama müddəti müxtəlif olan, 3-də etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilən, 1-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkarlanıb. Həmin məhsulların satışdan kənarlaşdırılması ilə bağlı aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Eyni zamanda, nəzarət tədbirləri zamanı bir sıra idxalçılar tərəfindən ölkəyə gətirdikləri bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatı aldıqdan sonra etiketində qanunvericiliyə zidd olaraq müvafiq dəyişikliklər edildiyi müəyyən olunub. Belə ki, istifadə təlimatında qanunvericiliyin tələbləri pozularaq “Nes Group” MMC və “Esam Ltd” MMC tərəfindən idxal edilən müvafiq məhsulların müxtəlif xəstəliklərin kompleks müalicəsində və proflaktikasında istifadə olunan preparat kimi qeyd edildiyi aşkarlanıb. Həmçinin yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” yazıldığı aşkar olunub.

Faktlarla əlaqədar müvafiq tədbirlər görülüb, eləcə də məhsulların dövriyyəsinin dayandırılması və satış obyektlərindən geri çağrılması ilə bağlı qərarlar qəbul edilib.

Yoxlamalar zamanı nöqsan aşkar edilən apteklər, həmçinin  bioloji aktiv qida məhsullarının etiket və istifadə təlimatlarında qeydə alınan uyğunsuzluqlarla aşağıdakı cədvəllər vasitəsilə tanış ola bilərsiniz:

Müəssisənin adı Ünvan Yol verilmiş nöqsan
1 “Dokta” MMC Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İstiqlal bağının şimal tərəfində Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.
2 “Dokta” MMC Lənkəran şəhəri, Tofiq Ismayilov küçəsi Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
3 “Best Pharma” MMC Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 1/18T Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur.
4 “Dokta” MMC Cəlilabad şəhəri, M. Hüseynzadə Ev 45 Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
5 “Maymed-Avis” MMC Bakı şəhəri, Yasamal rayonu,
Haqverdiyev küçəsi ev:11
Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.
Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur.
6 “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti Cəliləbad şəhəri, M.Hüseynov ev 91, A Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
7 “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti Neftçala şəhəri, Sabir küçəsi, ev 4k Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
8 “Dokta” MMC Quzanlı qəsəbəsi, H.Əliyev pr., Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
9 “Zeytun Pharmaceuticals” MMC Gəncə şəhəri, M.Xələfov ev 18 saylı binanın yanı Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.
10 “Şəfa-Farm” Firmasi Gəncə şəhəri, Atatürk ev 237/7 Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.
11 “Dokta” MMC Hacıqabul şəhəri, H.Həmidov küçəsi, Bazarın arxası Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
12 “Zeytun Pharmaceuticals” MMC Bakı şəhəri, Xətai rayonu,
Yavər Səfərov ev.NZS yaşayış sahəsi
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
14 “DOKTA” MMC Neftçala şəhəri, M.Ə.Sabir 15, Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
15 “Buta Farm” MMC Gəncə şəhəri, Ə.Məmmədov ev 3 Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. Məhsulun etiketində məlumatlar tam və düzgün deyildir.
16 “Dokta” MMC Xırdalan şəhəri, H.Əliyev pr ev 72 A, Yeni qaydalarla ev 947
“Uğur” dönərin yanı
Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.
17 “Dokta” MMC Göyçay şəhəri, H.Əliyev pr. 96 Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.
18 “Zeytun Pharmaceuticals” MMC Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi Bioloji aktiv qida məhsulunun üzərində müxtəlif müalicəvi məlumatlar qeyd edilmişdir.
19 “Dokta” MMC Samux şəhəri, H.Əliyev pr. Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.
20 “Murad-Farm” MMC Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov ev.4, blok 1,8-9 sütunlar arası Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir.
Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur.
21 “Dokta” MMC Astara rayonu, Vaqo kəndi Məhsulların etiket məlumatlarında Azərbaycan dilində məlumatlar mövcud deyildir.
22 “Zeytun Pharmaceuticals” MMC Salyan şəhəri, Y.Qasımov küçəsi Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
23 “Dokta” MMC Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-
Binəqədi şossesi ev 8D
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
Bioloji aktiv qida məhsulunun üzərində etiket məlumatları qeyd edilməmişdir.
25

“Dokta” MMC

Zərdab şəhəri, Azərbaycan küç. 123A Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir.
26

“Dokta” MMC

Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, ev 1726 Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.
27 “Paşa-K” Firması Bakı şəhəri, Xətai rayonu, Xudu
Məmmədov ev 11, 1-ci mərtəbə
Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir.
28 “Zeytun Pharmaceuticals” MMC Bakı şəhəri, Nərimanov
rayonu, Təbriz ev.100A, m.19
Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur.

 

Monitorinqlər zamanı nöqsan aşkarlanan apteklər və uyğunsuzluqlar barədə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

S/N Regional bölmə Müəssisənin adı VÖEN Müəssisənin ünvanı Aşkar olunan uyğunsuzluqlar
1 Gəncə RB “Evro” aptek
“Dokta” MMC
1401425191 Gəncə şəhəri, Əbül-Üla Gəncəvi 8 Üzərində Azərbaycan dilində markalanma mövcud deyil
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmadı.
2 Gəncə RB “Gəncə” aptek
“Dokta” MMC
1401425191 Gəncə şəhəri, Təbriz küçəsi 54 Üzərində Azərbaycan dilində markalanma mövcud deyil
3 Şirvan-Salyan RB “Dokta 591 ” aptek
“Dokta” MMC
1401425191 Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 26 A Üzərində saxlama müddəti 2 il qeyd edildiyi halda, içlik vərəqəsində 3 il qeyd edilmişdir.
Üzərində “dərman vasitəsi deyil və ya dərman vasitəsidir” qeydi yoxdur.
Etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilmişdir.
4 Quba-Xaçmaz RB “Dokta Sahib” aptek
“Dokta” MMC
1401425191 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi Azərbaycan dilində markalanma aparılmamışdır.
5 Quba-Xaçmaz RB “Dokta” aptek
“Dokta” MMC
1401425191 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi Azərbaycan dilində markalanma aparılmamışdır.
6 Şirvan-Salyan RB “Dokta 815” aptek
“Dokta” MMC
1401425191 Şirvan şəhəri, Energetik ev 9 m Üzərində saxlama müddəti 3 il qeyd edildiyi halda içlik vərəqəsində 2 il qeyd edilmişdir.
Üzərində “dərman vasitəsi deyil” qeydi yoxdur.
7 Gəncə-Daşkəsən RB “Zəfəran” aptek
“AzəriMed” QSC
1500072561 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Şeyxzamanov küçəsinin kəsişməsi Üzərində “dərman vasitəsi deyil və ya dərman vasitəsidir” qeydi yoxdur.
Etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilmişdir.
Azərbaycan dilində markalanma aparılmamışdır.
8 Qarabağ RB “Kanon” aptek
“Azeri Med” QSC
1500072561 – 40003 Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi Etiket məlumatların müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilmişdir.
9 Quba-Xaçmaz RB “Etibarlı” aptek
“Zeytun Pharmaceuticals” MMC
1701688171 Qusar şəhəri, Şərifov küçəsi ev 36 Son istifadə müddətinin bitməsi aşkar edilmişdir.

 

Bioloji aktiv qida məhsullarının etiket və istifadə təlimatlarında qeyd olunan məlumatların dəyişdirilməsi halları ilə bağlı cədvəl 

“Nes Group” Məhdud Məsuliyyətli Cəmiyyəti
Məhsulun adı İstehsal  və son istifadə tarixi Partiya nömrəsi Satışı həyata keçirilən aptekin adı və ünvanı Aşkar edilmiş nöqsanlar
“Fleksi Force Plus” 11.2021-ci il-11.2023-cü il  

2101233

 

“Vita Apteklər”. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 99.

Məhsulun istifadə təlimatında müxtəlif xəstəliklərin kompleks müalicəsində, proflaktikasında istifadə olunan preparat kimi ifadələr qeyd edilmişdir.
“Metifol” 07.2021-ci il- 07.2024-cü il  

10515

“Zintox” 05.2022-ci il- 05.2025-ci il  

20294

“Urifar” 12.2021-ci il- 12.2024-cü il  

002

“Luvit-R” 07.2021-ci il- 07.2024-cü il  

10516

“Kanon” aptek. Bakı Şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 96
İdxalçı: “Nes Group” Məhdud Məsuliyyətli Cəmiyyəti
“Dreams Droops”  

07.2021-ci il- 07.2024-cü il

 

 

10513

 

 

“Murad Farm” MMC.

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4, blok1/8-9

Məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən məhsulun istifadə qaydası müvafiq olaraq 12 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilmişdir.
 “Dreams Droops”  

01.11.2020-ci il-01.11.2023-cü il

 

00929

 

“AVİS” aptek. Bakı şəhəri,Binəqədi rayonu,M.Rəsulzadə ŞTQ, Cavadxan küçəsi ev 43

Məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən məhsulun istifadə qaydası müvafiq olaraq 7 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilmişdir.
İdxalçı: “Esam Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti
 

“Nevron”

 

01.03.2021-ci il- 01.03.2023-cü il

 132  

“Buta Farm” MMC

Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, ev 3

Məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən məhsulun istifadə qaydası müvafiq olaraq 12 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilmişdir.
Son xəbərlər
Digər xəbərlər